Rusiya cavab tədbiri olaraq Yeni Zelandiyadan olan 31 hökumət rəsmisi və jurnalistin ölkəyə girişinə qeyri-müəyyən müddətə qadağan qoyub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Yeni Zelandiyanın anti-Rusiya siyasətinə cavab olaraq “stop-list”in yenilənməsi üzrə işlər davam etdiriləcək", - məlumatda deyilir.