Rusiya Zaporojyedə yaşayış binasını atəşə tutub, 2 nəfər həlak olub

Rusiya Zaporojyedə yaşayış binasını atəşə tutub, 2 nəfər həlak olub Rusiya qüvvələri Ukraynanın Zaporojye şəhərindəki yaşayış binasını atəşə tutub. Dağıntılar altında sakinlər qalıb.
Region
2 Mart , 2023 07:13
Rusiya Zaporojyedə yaşayış binasını atəşə tutub, 2 nəfər həlak olub

Martın 2-də səhər saatlarında Rusiya qüvvələri Ukraynanın Zaporojye şəhərindəki yaşayış binasını atəşə tutub. Dağıntılar altında sakinlər qalıb.

“Report” xəbər verir ki, bu barədə Zaporojye şəhər Şurasının katibi Anatoli Kurtev teleqramda bildirib.

İlkin məlumata görə, 2 nəfər həlak olub. Faciə yerində Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti, sosial müdafiə, polis və şəhər şurasının yardım məntəqələri quraşdırılıb.

Qeyd olunub ki, kommunal avtobuslar zərərçəkənləri təxliyə edir.

Son xəbərlər

Orphus sistemi