Rusiya Federasiyasının Bryansk vilayətində 27 məktəblidə qida zəhərlənməsi aşkarlanıb.
Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.
Ölkənin İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti – "Rospotrebnadzor"un mütəxəssisləri Klimovskdakı 1 saylı orta məktəbin 27 şagirdində zəhərlənmə qeydə alıb.
Şöbənin mütəxəssisləri tərəfindən faktla bağlı sanitar-epidemioloji araşdırma aparılır.
Qeyd edək ki, bu, Rusiyada son günlər baş verən ilk kütləvi zəhərlənmə deyil. Bundan əvvəl Udmurtiyanın Karakulino kəndində məktəblilərin kütləvi zəhərlənməsindən sonra sanitar-epidemioloji qaydaların pozulması ilə bağlı cinayət işi açılıb.