Rusiyanın İnquşetiya Respublikasının Nazran şəhərində antiterror əməliyyatı rejimi tətbiq edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə regionun operativ qərargahının xəbərində deyilir.
Respublikanın güc strukturlarındakı mənbənin məlumatına görə, əməliyyat zamanı bir silahlı zərərsizləşdirilib.
"Qanunsuz silahlı dəstənin bir üzvü zərərsizləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itki yoxdur", - mənbə agentliyə bildirib.
Şahidlərin sözlərinə görə, Nazranın Dəmiryol Vağzalı ərazisində atəş səsləri eşidilib.