Rusiyanın İvanovo vilayətinin Koxma şəhərində atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralnıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı hüquq-mühafizə orqanları yayıb.
Məlumata görə, yaralıların vəziyyəti ağırdır. Bildirilib ki, hadisə ilə bağlı heç kim saxlanılmayıb.
Atışma barəsində rəsmi məlumat yayılmayıb. KİV-in bildirdiyinə görə atışma məişət zəminində olub.