Rusiyada azərbaycanlılara məxsus restoran yanıb, damı uçub

Rusiyada azərbaycanlılara məxsus restoran yanıb, damı uçub Rusiyanın paytaxtı Moskva şəhərinin Krasnodarskaya küçəsində yerləşən “Aşkım” restoran və ziyafət zalında güclü yanğın olub.
Region
20 May , 2024 21:24
Rusiyada azərbaycanlılara məxsus restoran yanıb, damı uçub

Rusiyanın paytaxtı Moskva şəhərinin Krasnodarskaya küçəsində yerləşən “Aşkım” restoran və ziyafət zalında güclü yanğın olub.

“Report” xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Yanğın 350 kvadratmetr ərazini əhatə edib. Restoranın damı qismən uçub, işçilər və ziyarətçilər, ümumilikdə 12 nəfər oradan özləri çıxıb.

Təcili yardım xidmətləri hadisə yerindədir. Restoranın azərbaycanlılara məxsus olduğu deyilir.

Son xəbərlər

Orphus sistemi