Moskva yaxınlığında yerləşən Volokolamsk şəhərində fərdi yaşayış evinin həyətində üç nəfərin meyiti tapılıb.
“Report”un məlumatına görə, bu barədə “TASS”a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Volokolamskda, fərdi yaşayış evində kişi, qadın və gəncin cəsədləri tapılıb. Ehtimal edilir ki, onlar bir ailənin üzvləridir. Cəsədlərin üzərində zorakılıq əlamətləri aşkar edilib”, deyə məlumatda qeyd olunub.
Cəsədlərin yanında üzərində güllə izləri olan yanmış avtomobil olub. Hadisə yerində İstintaq Əməliyyat qrupu işləyir.