Rusiyada daha 119 nəfər pandemiyanın qurbanı olub

Rusiyada daha 119 nəfər pandemiyanın qurbanı olub Rusiyada son bir gündə daha 5 488 nəfərə COVID-19 diaqnozu qoyulub.
Region
12 Sentyabr , 2020 11:41
Rusiyada daha 119 nəfər pandemiyanın qurbanı olub

Rusiyada son bir gündə daha 5 488 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 057 362 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 119 nəfər artaraq 18 484-ə yüksəlib. 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 873 535 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 670 nəfər.

Son xəbərlər

Orphus sistemi