Rusiyada son bir gündə daha 4 870 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 946 976 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 90 nəfər artaraq 16 189-a yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 761 330 nəfər sağalıb.