Rusiyanın Mi-8 helikopteri ölkənin şimalındakı Taymır bölgəsində məcburi qəza enişi edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qərbi Sibirin Nəqliyyat Prokurorluğunun nümayəndəsi Oksana Qorbunova bildirib.
Onun sözlərinə görə, ekipaj üzvləri və sərnişinlərin qurtarılması üçün hadisə yerinə qəza-xilasetmə heyəti uçub.
Qorbunova bildirib ki, helikopter Duronoy gölü yaxınlığında yerə eniş edib. Onun göyərtəsində 16 sərnişin və 3 ekipaj üzvü var.
İlkin məlumata görə, yaralanan yoxdur. Prokurorluq uçuşun təhlükəsizliyi ilə bağlı qanunvericiliyin icrasını yoxlayır.