Rusiyanın Moskva vilayətində hərbi hissələrdən birində binanın dam örtüyünün uçması nəticəsində müqavilə əsasında xidmət edən 5 hərbçi yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı yerli təcili xidmət idarəsi yayıb.
Bildirilib ki, hadisə yanvarın 27-də Moskva vilayətinin Mojaysk şəhərindəki hərbi hissələrdən birində baş verib.