Rusiyanın Novosibirsk şəhəri ərazisində içərisində 27-si uşaq olmaqla 36 sərnişinin olduğu avtobusla "KamAZ" markalı yük avtomobili toqquşub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Novosibirsk vilayətinin Dövlət Avtomobil Müfəttişliyinin Mətbuat Xidməti yayıb.
Məlumata görə, Novosibirskdən Barnaula doğru hərəkətdə olan avtobus idarəetmədən çıxaraq əks istiqamətdə hərəkət edən "KamAZ"a çırpılıb.
İlkin məlumata əsasən, uşaqlar arasında xəsarət alanlar var.