Rusiyada mədən qəzasında xəsarət alanların sayı 57 nəfərə çatıb, onlarla ölən var

Rusiyada mədən qəzasında xəsarət alanların sayı 57 nəfərə çatıb, onlarla ölən var Rusiyanın Kemerova vilayətində kömür mədənlərinin birində baş verən yanğın nəticəsində 6 nəfər işçi ölüb.
Region
26 Noyabr , 2021 06:58
Rusiyada mədən qəzasında xəsarət alanların sayı 57 nəfərə çatıb, onlarla ölən var

Rusiyanın Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində baş vermiş qəza nəticəsində xəsarət alanların sayı artıb.

"Report"un məlumatına görə, bu barədə TASS mənbəyə istinadən xəbər verib.

Qeyd edilir ki, qəza zamanı xəsarət alanların sayı 57 nəfərə çatıb.

“Ümumilikdə 57 nəfər xəsarət alıb, onların arasında axtarış-xilasetmə əməliyyatında iştirak edən dağ xilasediciləri də var”, - mənbə bildirib. Qəza zamanı 11 dağ xilaseidicisi xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə cümə axşamı səhər saatlarında baş verib. Qəza zamanı mədəndə ümumilikdə 287 olub. Son məlumata görə, qəza zamanı 52 nəfər ölüb.

Faktla bağlı cinayət işi açılıb. Baş prokurorun müavini Dmitri Demeşin qeyd edib ki, fövqəladə vəziyyətə səbəb metan partlayışı olub.

Daha əvvəl Rusiya fövqəladə hallar xidmətinin nümayəndəsi də "RİA Novosti"yə bildirib ki, 52 nəfər qəzanın qurbanı olub.

25.11.2021.23:23

Rusiyanın Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində qəza nəticəsində ölənlərin sayı artıb.

"Report"un məlumatına görə, Rusiya fövqəladə hallar xidmətinin nümayəndəsi "RİA Novosti"yə bildirib ki, 6 xilasedici də daxil olmaqla 52 nəfər mədəndə baş vermiş qəzanın qurbanı olub.

Baş prokurorun müavini Dmitri Demeşin qeyd edib ki, fövqəladə vəziyyətə səbəb metan partlayışı və mədənçilərin xəsarət alması ilə nəticələnən dinamik zərbə olub.

Hadisə ilə əlaqədar mədənin direktoru, onun birinci müavini və sahə rəhbəri saxlanılıb. Müəyyən edilib ki, saxlanılan şəxslər istehsalat obyektində təhlükəsizlik tələblərini pozublar. 

22:50

Rusiyanın Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində qəzadan sonra 35 şaxtaçının taleyi naməlum olaraq qalır.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyan jurnalistlərə bildirib.

Son məlumatlara görə, mədəndə baş verən qəzada ölənlərin sayı 14 nəfərə çatıb.

Xatırladaq ki, bu gün Moskva vaxtı ilə saat 04.30-da Kemerovo vilayətinin “Listvyajnaya” mədənində tüstülənmə baş verib. Regional hakimiyyət orqanlarının məlumatına görə, mədəndə 285 nəfər olub, onlardan 239-u səthə çıxarılıb. Ümumilikdə 49 şaxtaçı yaralanıb, 37 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatda bildirilirdi ki, hadisə nəticəsində 11 nəfər həlak olub.

Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilib.

13:47

Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərindəki şaxtada yanğın nəticəsində ölənlərin sayı artmaqdadır.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, son məlumata görə, ölənlərin sayı 11-ə çatıb.

13:24

Rusiyanın Kemerova vilayətində kömür mədənlərinin birində baş verən yanğın nəticəsində 6 nəfər işçi ölüb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 43 işçi xəsarət alıb və ya tüstüdən zəhərlənib.

Hadisə baş verən zaman yerin altında 285 nəfərin olduğu bildirilir.

Yanğının baş verməsi ilə bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi