Rusiyada son bir gündə daha 5 102 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 902 701 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə daha 129 nəfər artaraq 15 260-a yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 710 298 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 689 nəfər.