Moskvanın Domodedovo rayonunda, Qorki Leninskie kəndi yaxınlığında yerləşən Syan mağaralarında itən 10 nəfərdən ibarət turist qrupu tapılıb.
“Report” xəbər verir ki, bu barədə “TASS”a Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Bölgəsi Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Fedor Polşin məlumat verib.
“Uşaqlar sağ tapılıb, hazırda onlar özlərini yaxşı hiss edirlər. Uşaqları xilas etmək üçün mağaraları yaxşı bilən yerli sakin çağırılıb. Onunla birlikdə xilasedicilər mağaralara enərək uşaqları tapıblar” - deyə, o bildirib
Qeyd edək ki, Qrupdakıların 8 nəfəri 9-12 yaş arasında olub.