Rusiyada məhkumlar Arktikanın təmizlənməsinə cəlb ediləcək

Rusiyada məhkumlar Arktikanın təmizlənməsinə cəlb ediləcək Bu barədə Aleksandr Kalaşnikov bildirib
Region
12 Mart , 2021 15:46
Rusiyada məhkumlar Arktikanın təmizlənməsinə cəlb ediləcək

“Rusiyada məhkumlar Arktika ərazisinin tullantılardan təmizlənməsinə cəlb edilə bilər”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Federal Penitensiar Xidmətin direktoru Aleksandr Kalaşnikov 2020-ci ilin yekunlarına həsr olunan kollegiya iclasındakı çıxışında bildirib.

“Federal Penitensiar Xidməti Arktikanın Rusiya hissəsini tullantılardan təmizlənməsi işinə məhkumların cəlb edilməsi məsələsini nəzərdən keçirir. Krasnoyarsk diyarı və Norilsk şəhərinin administrasiyasının rəhbərliyi ilə artıq razılıq əldə olunub”, - o deyib.

O, Arktika zonasında yerləşən müəssisələrin rəhbərlərindən bu istiqamətdə fəaliyyətlərini davam etdirməyi istəyib.

Son xəbərlər

Orphus sistemi