Rusiyada helikopterin qəzaya uğraması nəticəsində 3 pilot ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, eniş zamanı mühərrikdə yanğın başlayıb və daha sonra helikopteri bürüyüb.
Helikopter Ulan-Ude aviasiya zavodunda istehsal olunub və hələlik istimara verilməyibmiş.
12:36
Rusiyanın Buryatiya Respublikasında “Mi-8” helikopteri eniş zamanı qəzaya uğrayıb.
“Report” xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, “Mi-8” Baykal aeroportunda eniş zamanı yanaraq yerə düşüb.
Helikopterin göyərtəsində 3 nəfər olub. İlkin məlumata görə, ölənlər var.