Rusiyanın Primorsk diyarının Nadejda rayonunda "MiQ-31" qırıcı təyyarəsi qəzaya uğrayıb.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə hallar xidməti məlumat yayıb.
Bildirilib ki, hər iki pilot katapult edib.
Hazırda hadisənin başvermə şəraiti araşdırılır.
Rusiya Müdafiə Nazirliyindən isə vurğulanıb ki, qırıcı təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.
Məlumatda uçuşun silah-sursatsız həyata keçirildiyi, təyyarəyə ziyan dəymədiyi də qeyd olunub.