Rusiyanın Saxalin əyalətində ədəbiyyat müəlliməsi ikinci sinfin dərsinə balta ilə gəlib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, hadisə Oxa şəhərində baş verib. Hazırda bununla bağlı araşdırmaya başlanılıb və ədəbi oxu dərsində əyani vasitə kimi balta olması faktı təsdiqlənib.
“Bu fakt üzrə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yoxlama aparılır", - nazirlikdə bildiriblər.
Nazirlikdə əlavə ediblər ki, bu cür əyani vəsaitdən istifadə yolverilməz hesab edilir.