Rusiyada müharibəyə qarşı olan jurnalistə cinayət işi açılıb

Rusiyada müharibəyə qarşı olan jurnalistə cinayət işi açılıb Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda ittiham olunan sabiq televiziya redaktoru Marina Ovsiyannikovaya qarşı cinayət işi başlanılıb.
Region
10 Avqust , 2022 11:59
Rusiyada müharibəyə qarşı olan jurnalistə cinayət işi açılıb

Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda ittiham olunan sabiq televiziya redaktoru Marina Ovsiyannikovaya qarşı cinayət işi başlanılıb.

“Report” “news zerkalo”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Dmitri Zaxvatov bildirib.

Bildirilib ki, hüquq-mühafizə orqanları avqustun 10-da səhər saat 6 radələrində Marina Ovsiyannikovanın yaşadığı mənzildə əməliyyat keçirib. Beləlikıə, jurnalistin mənzilində axtarış aparılıb.

O, “Rusiya Silahlı qüvvələrinin fəaliyyəti haqqında yalan informasiya” yaymaqda ittiham olunaraq cinayət işi başlanılıb.

Bu maddə üzrə onu böyük məbləğdə pul cəriməsi, yaxud 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, daha əvvəl M.Ovsiyannikova iyulun sonunda qeyd olunan maddə üzrə 50 min rubl, avqustda isə 40 min rubl məbləğində cərimə olunub.

Xatırladaq ki, M.Ovsyannikova bir müddət əvvəl Rusiyanın “Pervıy kanal”ının “Vremya” xəbərlər proqramında diktor Yekaterina Andreyevanın çıxışı zamanı üzərində "Müharibəyə yox, təbliğata inanmayın, burada sizi aldadırlar!" sözləri yazılmış plakat açıb. Buna görə də o, işdən çıxarılıb.

Son xəbərlər

Orphus sistemi