Rusiyada son bir gündə daha 5 218 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 041 007 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 142 nəfər artaraq 18 135-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 856 458 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 642 nəfər.