Rusiyada son bir gündə daha 7 212 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 136 048 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 108 nəfər artaraq 20 056-ya yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 934 146 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 560 nəfər.