Mayın 28-də Rusiyanın Novosibirsk vilayətində yol polisi əməkdaşının ölümcül yaraladığı 19 yaşlı Vəkil Abdullayev Gürcüstanın Dmanisi rayonunun Gəyliyən kəndində dəfn edilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu gün mərhumun üç mərasimi keçirilir.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Abdullayevlər ailəsinə baş çəkib, gəncin doğmalarına və yaxınlarına başsağlığı verib, onlara səbr diləyib.
Mərasimdə kənd sakinləri və Dmanisi merinin müavini Arif Süleymanov iştirak edir.
Qeyd edək ki, V.Abdullayevin qətlində ittiham olunan yol polisi müfəttişi Aleksandr Qusev həbs edilsə də, ötən gün azadlığa buraxılıb.