Rusiya vətəndaşlarının təxminən üçdə biri özünü kasıb, üçdə ikisi isə orta səviyyədə təmin olunmuş sayır.
“Report” “RİA Novoti”yə istinadən xəbər verir ki, Rusiya “İctimai rəy” Fondunun keçirdiyi sorğunun nəticəsinə əsasən bu qənaətə gəlinib.
Araşdırmaya əsasən, rəyi sorşulanların 64 faizi orta səviyyədə yaşadığını, 33 faizi yoxsul, yalnız bir faizi isə varlılara aid olduğunu bildirib.
Özlərini yoxsul sayanların 12 faizi bildirib ki, 10 ildən artıqdır bu sosial vəziyyətdə olduqlarını qeyd ediblər. 7 faiz isə 5-10 il olar yoxsullaşdıqlarını bildiriblər.
Rəy sorğusu noyabrın 13-15-də 18 yaşdan yuxarı min respondent arasında mobil və stasionar telefona seçmə zəng edilmə üsulu ilə keçirilib.