Rusiyanın Saratov vilayətinin Marksovsk rayonunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
“Report” xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, hadisə yerinə xilasedicilər, təcili xidmət və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Məlumata görə, təyyarə gölməçəyə düşüb.
Qəzanın səbəbi araşdırılır.