Rusiyada yaşayış binasında partlayış olub

Rusiyada yaşayış binasında partlayış olub Rusiyanın Sankt-Peterburq şəhərində 9 mərtəbəli binada naməlum qurğunun partlaması nəticəsində tikilinin fasadında çat əmələ gəlib.
Region
25 Aprel , 2022 10:32
Rusiyada yaşayış binasında partlayış olub

Rusiyanın Sankt-Peterburq şəhərində 9 mərtəbəli binada naməlum qurğunun partlaması nəticəsində tikilinin fasadında çat əmələ gəlib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi yayıb.

Bildirilib ki, hadisə nəticəsində binanın 8 və 9-cu mərtəbələri arasında çat yaranıb, liftin şaxtasına ziyan dəyib.

Qeyd olunub ki, binadan 70 nəfər təxliyə edilib.

Onlar yaxınlıqdakı məktəbin binasına yerləşdiriliblər.

Hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi