Rusiyanın Novosibirsk şəhərində beşmərtəbəli yaşayış binasında baş verən qaz partlayışı nəticəsində 12 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidmətindən bildirilib.
"Xilasedicilər daha iki qurbanın meyitini tapıblar, partlayış nəticəsində ölənlərin ümumi sayı 12-yə çatıb", - mənbə bildirib.
O əlavə edib ki, 3 nəfərin taleyi naməlum olaraq qalır.