Rusiyada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.
Məlumata görə, hadisə Vladivostok şəhərində qeydə alınıb.
Belə ki, “Toyota Hiace” mikroavtobusunun sürücüsü Şevçenko küçəsində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə mikroavtobus küvetə (yol kənarındakı xəndək-red) düşüb və aşıb.
Qəza zamanı 10 nəfər xəsarət alıb. Onlar arasında 9 və 15 yaşlı yeniyetmə qızlar da var. Digər xəsarət alanlardan 4-ü qadın, 4-ü isə kişidir.
Faktla bağlı cinayət işi qaldırılıb.