Rusiyada zəncirvari qəzada üç nəfər ölüb

Rusiyada zəncirvari qəzada üç nəfər ölüb Rusiyanın Krasnodar şəhərində Rostov şossesinin 13-cü km-də “Kamaz” da daxil olmaqla altı avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib.
Region
20 İyul , 2024 20:34
Rusiyada zəncirvari qəzada üç nəfər ölüb

Rusiyanın Krasnodar şəhərində Rostov şossesinin 13-cü km-də “Kamaz” da daxil olmaqla altı avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib.

“Report” “TASS”a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər ölüb, ikisi yeniyetmə olmaqla üç nəfər yaralanıb.

Müəyyən edilib ki, “Kamaz” iki avtomobillə toqquşub, daha sonra isə digər nəqliyyat vasitələrinə çırpılıb.

Qəza nəticəsində avtomobillərdən birinin sürücüsü xəsarət alıb, onunla birlikdə olan iki sərnişin ölüb. Digər avtomobilin sürücüsü də dünyasını dəyişib.

Hadisə yerindən 14 və 10 yaşlı iki azyaşlı sərnişin tibb müəssisələrinə aparılıb, onlara lazımi köməklik göstərilir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılıb.

Son xəbərlər

Orphus sistemi