Rusiyadakı Britaniya diplomatı akkreditasiyadan məhrum edilib

Rusiyadakı Britaniya diplomatı akkreditasiyadan məhrum edilib Böyük Britaniyanın Rusiyadakı səfirliyinin siyasi şöbəsinin ikinci katibi Uilks Prayor Rusiyaya daxil olarkən yalan məlumatlar göstərdiyinə görə akkreditasiyadan məhrum edilib. Ona iki həftə ərzində Rusiyanı tərk etmək tapşırılıb.
Region
26 Noyabr , 2024 15:59
Rusiyadakı Britaniya diplomatı akkreditasiyadan məhrum edilib

Böyük Britaniyanın Rusiyadakı səfirliyinin siyasi şöbəsinin ikinci katibi Uilks Prayor Rusiyaya daxil olarkən yalan məlumatlar göstərdiyinə görə akkreditasiyadan məhrum edilib. Ona iki həftə ərzində Rusiyanı tərk etmək tapşırılıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Qeyd olunub ki, onun işində kəşfiyyat fəaliyyətinin əlamətləri aşkar edilib.

Bundan başqa, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Britaniyanın Moskvadakı səfiri Naycel Keysinin XİN-ə çağırıldığını bildirib.

Son xəbərlər

Orphus sistemi