Rusiyadan Ermənistana təbii qazın verilməsi dayandırılıb.
“Report” “Aysor”a istinadən xəbər verir ki, buna səbəb Rusiyanın Stavropol vilayətində yerləşən “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində aparılan təmir işləridir.
Qeyd olunub ki, bu gündən etibarən mayın 4-ü saat saat 20:00-dək Ermənistanda istehlakçıların qaz təchizatı daxili imkanlar hesabına həyata keçiriləcək.