Rusiyalı ekspert: Nikol Paşinyanın bəyanatı Ermənistan dövlətçiliyi ilə bağlı hökmdür

Rusiyalı ekspert: Nikol Paşinyanın bəyanatı Ermənistan dövlətçiliyi ilə bağlı hökmdür Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağına dair bəyanatı Ermənistan dövlətçiliyi ilə bağlı hökmdür.
Region
13 İyun , 2024 14:22
Rusiyalı ekspert: Nikol Paşinyanın bəyanatı Ermənistan dövlətçiliyi ilə bağlı hökmdür

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağına dair bəyanatı Ermənistan dövlətçiliyi ilə bağlı hökmdür.

Bu barədə “Report”un Rusiya bürosuna siyasi ekspert Yevgeni Mixaylov bildirib.

“Gələcəkdə Ermənistan problemləri ilə baş-başa qalacaq. Onda Rusiyanın bu dövləti xilas etməyə qərar verəcəyinə inanmıram”, - o vurğulayıb.

Y.Mixaylov qeyd edib ki, Ermənistan Rusiya və KTMT-dən olan tərəfdaşlarının milli maraqlarına xəyanət edir:

“Üzvlüyün dondurulmasından sonra atılacaq məntiqi addımın Ermənistanın KTMT-dən çıxacağı ilə bağlı fikirlərin səsləndirilməsi əslində, KTMT-yə qarşı iki ildir davam edən bəyanatların və təşkilatın Ermənistanı müdafiə etməməsi ittihamlarının məntiqi sonudur. Yəni bu, Qərbə doğru məntiqli bir gedişdir. Bununla Ermənistan kimi seçdiyini və İrəvan hökumətinin əsas pulu haradan aldığını göstərir. Ermənistan bununla Rusiyanın və onun KTMT üzrə tərəfdaşlarının milli maraqlarına xəyanət edir”.

Rusiyalı ekspertin fikrincə, Ermənistan KTMT-nin iclaslarında iştirakını dayandıran və bundan sonra rüsum ödəməyəcəyinə qərar verən kimi, kollegial qərarla qurumdan xaric edilməli idi.

Son xəbərlər

Orphus sistemi