Rusiyalı politoloq: “Müharibəni Paşinyan yox, Ermənistan uduzub”

Rusiyalı politoloq: “Müharibəni Paşinyan yox, Ermənistan uduzub” "Müharibəni bir dövlət olaraq Ermənistan – onun ideologiyası, ordusu, iqtisadiyyatı, siyasi sistemi uduzub"
Region
1 Fevral , 2021 18:01
Rusiyalı politoloq: “Müharibəni Paşinyan yox, Ermənistan uduzub”
İqor Korotçenko

“Müharibəni Paşinyan və Paşinyanın arvadı uduzmayıb. Müharibəni bir dövlət olaraq Ermənistan – onun ideologiyası, ordusu, iqtisadiyyatı, siyasi sistemi uduzub. Müharibəni Erməni diasporu uduzub”.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko teleqram kanalında deyib.

“ABŞ-dakı erməni diasporu Paşinyanın arvadına qarşı qarayaxma kampaniyası həyata keçirib. Onların müharibə dövründə İrəvanın maraqları üçün lobbiçiliyi təmin etmək cəhdi uğursuz olub və indi uğursuzluqlarını Anna Akopyanın üzərinə yıxmağa çalışırlar. Onlarda hər bir problemdə həmişə kimsə günahkardır”, - Korotçenko bildirib.

Son xəbərlər

Orphus sistemi