Rusiya Federasiyasının Dağıstan Respublikasının 100 yaşlı sakini Kazamat Kazamatov koronavirusdan sağalıb.
“Report” xəbər verir ki, bu barədə "Eto Kafkaz" layihəsinin saytında bildirilir.
Qeyd edilir ki, uzunömürlü kişi 10 gün əvvəl xəstəxanaya yerləşdirilib, onu Mahaçqalanın 1 nömrəli Şəhər Klinik Xəstəxanasının koronavirus xəstələrinin müalicə edildiyi bölməsinə göndəriblər. Pasiyent həmin vaxt ağır vəziyyətdə olub.
Xəstə ötən həftə süni tənəffüs aparatından ayrılıb, onda müsbət dinamika müşahidə olunub.
"Bu gün (dünən-red) həkimlər onu evə göndərmək barədə qərar qəbul ediblər", - tibbi məntəqəsində bildiriblər.
Uzunömürlü kişi özünün 100 illik yubileyini iyunun 15-də xəstəxanada qeyd edib.