Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadılıb

Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadılıb Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsində yerləşən 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini avqustun 23-dək uzadıb.
Region
16 Avqust , 2022 10:39
Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadılıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsində yerləşən 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini avqustun 23-dək uzadıb.

“Report” “Rosaviasiya”ya istinadən xəbər verir ki, təyyarələr Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar məhdudlaşdırılıb.

Xatırladaq ki, Rusiyanın cənub və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir. Rejimin müddəti artıq ardıcıl 29-cu dəfədir ki, uzadılır. “Rosaviasiya” aviaşirkətlərə uçuşları alternativ marşrutlarla təşkil etməyi tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi