Rusiyanın Baxmutu atəşə tutması nəticəsində 5 yerli sakin həlak olub

Rusiyanın Baxmutu atəşə tutması nəticəsində 5 yerli sakin həlak olub Rusiya qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərini atəşə tutması nəticəsində 5 yerli sakin həlak olub.
Region
17 Fevral , 2023 05:13
Rusiyanın Baxmutu atəşə tutması nəticəsində 5 yerli sakin həlak olub

Rusiya qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərini atəşə tutması nəticəsində 5 yerli sakin həlak olub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu teleqramda məlumat yayıb.

Baş Prokurorluq 9 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını da açıqlayıb.

Qurumun məlumatına görə, Rusiya qüvvələri top artilleriyasından və “Qrad” reaktiv yaylım atəşi sistemindən Baxmutu atəşə tutub:

“İşğalçıların mərmiləri növbəti dəfə şəhərin yaşayış məhəlləsinə düşüb”, - məlumatda deyilib.

Baş Prokurorluq ölənlərdən üçünün kişi, ikisinin qadın olduğunu bildirib.

Xatırladaq ki, Rusiya hərbçiləri və onlara dəstək verən “Vaqner” özəl hərbi şirkətinin muzdluları son bir neçə ayda Baxmutu zəbt etməyə can atırlar, şəhər daim atəş altındadır.

Son xəbərlər

Orphus sistemi