Rusiyanın Engels hərbi aerodromunda partlayış olub

Rusiyanın Engels hərbi aerodromunda partlayış olub Rusiyanın Engels hərbi aerodromunda partlayış baş verib.
Region
29 Dekabr , 2022 13:21
Rusiyanın Engels hərbi aerodromunda partlayış olub

Rusiyanın Engels hərbi aerodromunda partlayış olub.

“Report” xəbər verir ki, məlumatı “Mash” yayıb.

Bildirilib ki, ərazidə hava həyəcanı siqnalı verilib və hava hücumundan müdafiə sistemləri işə düşüb.

Qeyd edək ki, dekabrın 26-da həmin aerodroma dronla hücum olmuşdu. Nəticədə Rusiyanın bir neçə hərbçisi ölmüş və yaralanmışdı.

Xatırladaq ki, bu hərbi aviabaza Rusiyanın Saratov vilayətinin eyniadlı şəhərində yerləşir. Aerodrom Rusiya Aerokosmik Qüvvələrinin aviabazasıdır. Aerodromun rəsmi adı “Engels-2”dir. Orada “Tu-160” və “Tu-95MS” strateji bombardmançı təyyarələr olan aviasiya alayı yerləşir.

Son xəbərlər

Orphus sistemi