Rusiyanın Litvanın Klaypeda şəhərindəki Baş Konsulluğu bağlanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Baş Konsulluğun rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, Litva bu il aprelin əvvəlində Rusiyanın səfirinə ölkəni tərk etməyi və Klaypedadakı Baş Konsulluğu bağlayacağı ilə bağlı xəbərdarlıq etmişdi. Rusiyanın müvəqqəti işlər vəkili Litvanın Xarici İşlər Nazirliyinə çağırılaraq ölkələr arasında diplomatik münasibətlərin səviyyəsinin aşağı salındığı vurğulanıb.