Saakaşvili naməlum istiqamətdə aparılıb

Saakaşvili naməlum istiqamətdə aparılıb Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvilinin xanımı, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko bildirib ki, siyasətçi Qori şəhərindən naməlum istiqamətdə aparılıb.
Region
30 Dekabr , 2021 03:22
Saakaşvili naməlum istiqamətdə aparılıb
Mixeil Saakaşvili

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvilinin xanımı, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko bildirib ki, siyasətçi Qori şəhərindən naməlum istiqamətdə aparılıb.

“Report”un “RİA Novosti”yə istinadən xəbərinə görə, Yelizaveta Yasko bu barədə feysbukdakı hesabında yazıb.

"Məlumat var ki, Mixeil Saakaşvilini Qoridən çıxarıblar! Naməlum istiqamətdə! Vəkillər onun Qoridə olmadığını təsdiqləyiblər! Onun vəziyyətini və aparıldığı istiqaməti heç kim bilmir!", - Yasko sosial şəbəkədəki hesabında yazıb.

Çərşənbə axşamı Yasko siyasətçinin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi