Gürcüstanın Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin keçmiş rəisi Megis Kardava Ukraynadan Gürcüstana ekstradisiya olunub.
“Report”un yerli bürosu xəbər verir ki, sabiq məmur Kiyevdən Tbilisiyə təyyarə ilə gətirilib.
M.Kardava Gürcüstanda 11 cinayət işi üzrə ittiham və məhkum olunub. O, 2017-ci ilin noyabrın 1-də Ukraynada həbs olunub. Gürcüstan tərəfi sabiq məmurun ekstradisiyasını həmin tarixdən tələb edir.
2018-ci ildə M.Kardava Ukraynada ev həbsinə məhkum olunub, bir neçə gün öncə isə yenidən həbsxanaya göndərilib.
Qeyd edək ki, M.Kardava Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin hakimiyyəti dövründə hərbi polis sistemində çalışıb. O, 2012-ci ildə hakimiyyət dəyişikliyindən sonra ölkəni tərk edib.