Türkiyədə partlayışda xəsarət alanların sayı 33 nəfərə çatıb, ölən var - YENİLƏNİB-2

Türkiyədə partlayışda xəsarət alanların sayı 33 nəfərə çatıb, ölən var - YENİLƏNİB-2 Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fabrikada baş vermiş partlayışda 20 nəfər yaralanıb.
Region
16 Sentyabr , 2024 04:53
Türkiyədə partlayışda xəsarət alanların sayı 33 nəfərə çatıb, ölən var - YENİLƏNİB-2

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fabrikdə baş vermiş partlayışda xəsarət alanların sayı 33 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Qeyd edilir ki, yanğınsöndürənlər dağıntılar altından bir işçinin meyitini çıxarıblar. Bundan əlavə, alovun söndürülməsi zamanı üç yanğınsöndürən də yüngül xəsarətlər alıb.

Hadisə ilə bağlı təhqiqat aparılır.

15.09.2024.19:47

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fabrikdə baş vermiş partlayışda yaralananların sayı 28 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Sakarya valisi Yaşar Karadeniz bildirib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Vali yaralılardan 6-sının vəziyyətinin ağır olduğunu bildirib.

Hadisə ilə bağlı təhqiqata başlanılıb.

15:04

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fabrikdə baş vermiş partlayışda 20 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” bildirib.

“Makaron fabrikində hələlik müəyyənləşdirilməmiş səbəbdən partlayış baş verib. Partlayışdan sonra yanğın başlayıb”, - məlumatda qeyd olunub.

İlkin məlumata görə, hadisədə 20 nəfər yaralanıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi