Salome Zurabişvili İran XİN başçısı ilə bölgənin iqtisadi potensialını müzakirə edib

Salome Zurabişvili İran XİN başçısı ilə bölgənin iqtisadi potensialını müzakirə edib Gürcüstan prezidenti Salome Zurabişvili İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
Region
28 Yanvar , 2021 18:17
Salome Zurabişvili İran XİN başçısı ilə bölgənin iqtisadi potensialını müzakirə edib
Məhəmməd Cavad Zərif  və  Salome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvili İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə M.C.Zərif İranın Gürcüstanın ərazi bütövlüyünə güclü dəstəyini ifadə edib.

S.Zurabişvili iranlı nazirə Gürcüstanın işğal altında olan ərazilərindəki mövcud ağır vəziyyət barədə məlumat təqdim edib. Prezident söhbət zamanı bölgə və Gürcüstanda sabitliyin önəmini vurğulayıb.

Danışıq zamanı ikitərəfli münasibtlərin inkişafını ləngidən pandemiyaya da toxunulub.

Görüşdə bölgənin iqtisadi potensialı və Gürcüstan iqtisadiyyatının inkişafına töhfə verəcək yeni əhəmiyyətli imkanlardan da söz açılıb.

Son xəbərlər

Orphus sistemi