Gürcüstana işğal altında olan ərazilərin problemini həll etmək üçün dialoqa, Avropa İttifaqı və NATO istiqamətində real tərəqqi əldə etmək, dünya gücləri arasında balans üçün kiçik ölkələrin ortaq səsini yaratmaq üçün yeni yanaşmalar tələb olunur.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan prezindenti Salome Zurabişvili rəsmi tvitter hesabında yazıb.
“Qafqazı bir araya gətirmək üçün yeni yanaşmalara ehtiyac var”, - deyə o qeyd edib.
S.Zurabişvili Gürcüstanın yeni parlamentinin qarşısında duran məsələləri də qeyd edib: “Biz inkişafımızı əngəlləyən, nepotizm, peşəkarlığın çatışmazlığı, dövlət xidmətinə merkantil yanaşma, təşəbbüs irəli sürmək qorxusu ilə bağlı problemləri həll etməliyik”.