Şalva Tetruaşvili: LGBT-ni dəstəkləmək ailə institutunu məhv etməyə hesablanıb

Şalva Tetruaşvili: LGBT-ni dəstəkləmək ailə institutunu məhv etməyə hesablanıb Bizim üçün ailə dəyərləri, milli dəyərlər çox önəmlidir. Ona görə də hesab edirəm ki, Gürcüstanda LGBT təbliğatına qarşı çıxanlar və bununla bağlı qadağanedici qanunu imzalayanlar haqlıdırlar.
Region
16 Oktyabr , 2024 10:38
Şalva Tetruaşvili: LGBT-ni dəstəkləmək ailə institutunu məhv etməyə hesablanıb
Şalva Tetruaşvili

Bizim üçün ailə dəyərləri, milli dəyərlər çox önəmlidir. Ona görə də hesab edirəm ki, Gürcüstanda LGBT təbliğatına qarşı çıxanlar və bununla bağlı qadağanedici qanunu imzalayanlar haqlıdırlar.

Bu sözləri "Report"un Gürcüstan bürosuna açıqlamasında Dünya Sefard təşkilatının Gürcüstan bürosunun rəhbəri, Gürcüstan Yəhudi İcmasının üzvü Şalva Tetruaşvili söyləyib.

Onun sözlərinə görə, bəzi insanlar qeyri-etik hərəkətləri, davranışları insan azadlığı adlandıraraq cəmiyyətdə qarışıqlıq yaradırlar.

"Təəssüflər olsun ki, bəzi Qərb dövlətləri də həmin insanlara, qruplara dəstək verirlər. Hətta bəzi dövlətləri onların hüquqlarını qoruyan qanunlar qəbul etməyə məcbur edirlər. Bunlar yolverilməzdir. Həmin qrup bu cür addımları ilə Allaha qarşı çıxırlar, Allahdan qorxmurlar. Axı yaradan bizi bu cür yaratmayıb. Onlar bütün müqəddəs olan hər şeyə qarşı çıxırlar. Bu cür addımların hamısı ölkəni, ailə institutunu məhv etməyə hesablanıb. Biz isə buna icazə verməyəcəyik. Özünə hörmət edən, ailəsinə dəyər verən, ölkəsini sevən heç kim məsələni dəstəkləyə bilməz. Allah bizi yaradıb ki, yaxşılıqlar edək. Bu addımlar isə ancaq pisə, pisliyə xidmət edir. Bizə LGBT lazım deyil. Onları dəstəkləyənlər bizi uçuruma aparacaq”, - deyə Ş.Tetruaşvili vurğulayıb

Müsahibin fikrincə, Gürcüstan nadir ölkələrdəndir ki, burada kimliyindən, milli, dini mənsubiyyətindən asılı olmayaraq hamı mehriban yaşayır: "Bizim ölkəmizdə bərabərlik prinsipi, tolerantlıq əsrlərdir davam edir. Xalqlarımız heç zaman LGBT kimi qeyri-insani adətlərə xidmət edən təşkilatlarla barışmayıb və barışmayacaq da".

Ş.Tetruaşvili vurğulayıb ki, bu məsələni dəstəkləmək tapşırığı xaricdən, xüsusən də Qərbdən gəlir: "Onlar Gürcüstanın daxili məsələlərinə qarışa bilməzlər, öz qanunlarını Gürcüstanda diktə edə bilməzlər. Başa düşməlidirlər ki, Gürcüstan müstəqil dövlətdir, öz qanunları, öz milli dəyərləri, öz inancı var. Kim öz daxilində bunları itirsə, deməli mənəvi cəhətdən məhv olub. Gürcüstan xalqı da, hökuməti də bunu gözəl bilir və bu dəyərləri qoruyub saxlamaq üçün də əlindən gələni edəcək".

Son xəbərlər

Orphus sistemi