Sankt-Peterburqda altı uşağı girov götürən şəxs təslim oldu - YENİLƏNİB

Sankt-Peterburqda altı uşağı girov götürən şəxs təslim oldu - YENİLƏNİB Rusiya Daxili İşlər Nazirliyindən bildiriblər ki, uşaqları evə qapadan onların atasıdır
Region
24 Noyabr , 2020 18:05
Sankt-Peterburqda altı uşağı girov götürən şəxs təslim oldu - YENİLƏNİB

Sankt-Peterburqda mənzildə altı uşağı girov götürən şəxs polisə təslim olub.

16:03

Rusiyada silahlı şəxs Sankt-Peterburqun şəhər ətrafında yerləşən mənzildə altı uşağı girov götürüb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə güc strukturlarındakı mənbə məlumat verib.

Rusiya Daxili İşlər Nazirliyindən bildiriblər ki, uşaqları evə qapadan onların atasıdır. Ən balaca uşağın 3, ən böyüyünün isə 15 yaşı var.

Mənbənin bildirdiyinə görə, kişi sərxoş haldadır və əlində balta var. Polisə məlumatı isə mənzilə daxil ola bilməyən həyat yoldaşı verib. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları 38 yaşlı kişi ilə danışıqlar aparmağa çalışır.

Son xəbərlər

Orphus sistemi