Dekabrın 11-də Rusiyanın Saxa Respublikasının (Yakutiya) Verxoyan və Oymyakon rayonlarında 52 və 51 dərəcə şaxta qeydə alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın Hirdometeoroloji və ətraf mühitin monitorinqi idarəsi məlumat yayıb.
Bildirilib ki, dekabrın 11-də Yakutiyanın 20 məntəqəsində 45 dərəcə şaxta olub. Respublikanın bir çox rayon və şəhərlərində 1-5-ci siniflərin şagirdlərinə tətil verilib.
Verxoyan və Oymyakon Yerin şimal yarım kürəsinin ən soyuq məntəqəsi sayılır. Bir müddət əvvəl orada 67 dərəcə şaxta qeydə alınıb.
Qeyd edək ki, Saxa Respublikası ərazisinə görə Rusiyanın ən böyük subyektidir. Onun ərazisi 3 083 523 kv.km, əhalisi isə 971 996 nəfərdir.