Türkmənistanda iqtidardakı Demokrat Partiyasının prezidentliyə namizədi, hazırkı Prezident Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədov Rusiyanın TASS agentliyinə açıqlama verib.
“Report” xəbər verir ki, namizəd bildirib: “Mənə bu böyük etimad göstərilsə, əlbəttə, ölkəmizin bitərəf xarici siyasətini davam etdirəcəyəm”.
Türkmənistanın sülhsevər ölkə olduğunu vurğulayan S.Berdiməhəmmədov qonşu ölkələrlə dost münasibətlərin, həmçinin BMT və başqa beynəlxalq təşkilatlarla əlaqələrin xarici siyasətdəki öncül məsələ olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, martın 12-də Türkmənistanda erkən prezident seçkiləri keçirilir. Seçkilərdə 9 namizəd iştirak edir.