Sergey Lavrov İndoneziyada xəstəxanaya aparılıb

Sergey Lavrov İndoneziyada xəstəxanaya aparılıb Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyada xəstəxanaya aparılıb.
Region
14 Noyabr , 2022 13:18
 Sergey Lavrov İndoneziyada xəstəxanaya aparılıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyada xəstəxanaya aparılıb.

“Report” xəbər verir ki, məlumatı “Bloomberg” yayıb.

Bildirilib ki, o, G20-liyin sammitində iştirak etmək üçün İndoneziyanın Bali adasına səfər edib. Bu zaman səhhətində problem yaranıb.
İndoneziya hökumətinin səhiyyə üzrə məsulları bildiriblər ki, Rusiya diplomatı Balidə kurortda müalicə olunur.

“Associated Press”in məlumatına görə, həkimlər səlahiyyətləri olmadığı üçün məsələyə dair açıqlama verməkdən çəkinblər.

Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sergey Lavrovun xəstəxanaya yerləşdirilməsi xəbərini təkzib edib.

Rusiyanın XİN başçısı Sergey Lavrov İndoneziyada qaldığı hoteldən video paylaşıb. O, xəstəxanaya yerləşdirilməsi barədə xəbəri Qərb KİV-nin saxtakarlığı kimi dəyərləndirib. Onun sözlərnə görə, həmin mənbələr 10 ildən çoxdur Rusiya Prezidenti Vladimir Putinin xəstəliyinə dair yalan məlumat yayırlar.

Qeyd edək ki, Sergey Lavrov 1950-ci il martın 21-də Moskvada anadan olub. 2004-cü il martın 9-dan Rusiyanın xarici işlər naziridir.

Xatırladaq ki, G20-liyin sammiti noyabrın 15-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi