Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranda səfərdədir.
“Report” “Mehr”ə istinadən xəbər verir ki, o, Tehranda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.
Nazirlər iki ölkə arasında uzun müddətli əməkdaşlığa dair müqaviləni, İranın nüvə problemi başda olmaqla ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri müzakirə ediblər.