Sergey Lavrovun Cenevrəyə səfəri təxirə salınıb

Sergey Lavrovun Cenevrəyə səfəri təxirə salınıb Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin İnsan Hüquqları üzrə Şuranın İsveçrənin Cenevrə şəhərində keçirilən sessiyasına gedə bilməyib.
Region
28 Fevral , 2022 17:26
Sergey Lavrovun Cenevrəyə səfəri təxirə salınıb
Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin İnsan Hüquqları üzrə Şuranın İsveçrənin Cenevrə şəhərində keçirilən sessiyasına gedə bilməyib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cenevrədəki mənbə bildirib.

“Lavrov Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının sessiyasına və Tərksilah üzrə konfransa qatıla bilməyəcək. Buna səbəb Avropa İttifaqına üzv dövlətlərin Lavrovun təyyarəsinə hava məkanından uçmağı qadağan etməsidir”, - mənbə söyləyib.

Qeyd edək ki, Rusiya XİN başçısının martın 1-də Cenevrəyə səfəri planlaşdırılmışdı. S.Lavrov sabah BMT İnsan Hüquqları Şurasının 49-cu sessiyasında çıxış etməli idi.

Son xəbərlər

Orphus sistemi